Məktəbimizin məzunlarının qəbul nəticələri bizi sevindirir!

29 Avqust 2011

Məktəbin 2010-2011-ci tədris ilində əldə etdiyi uğurlar olduqca ürəkaçandır. 2011-ci ildə məktəbi bitirən 173 məzunun hər biri qəbul imtahanlarında yüksək nəticə göstərmiş və tələbə adını qazanmağa nail olmuşlar. Bunlardan 20 nəfəri xarici ölkələrdə, 153 nəfəri isə respublikamızın ali təhsil müəssisələrinə daxil olublar. Məzunlardan 4 nəfəri “xaricdə təhsil Dövlət proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alırlar. Məktəbimizi bitirən şagirdlərdən 41 nəfəri 600 , onlardan 15 nəfəri isə 650-dən yuxarı bal toplayıblar. XI sinif şagirdləri Lalə Əhmədova, İlkin Hüseynzadə və Səbinə İsayeva 2011-ci ildə keçirilən İNEPO EUROASİYA Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə olimpiadasının qalibi olmuş və Təhsil Nazirliyi tərəfindən keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlardan azad edilmişlər. Olimpiadanın qalibi olan şagirdlər onlara göstərilən etimadı doğrultmuşlar. Belə ki, qəbul imtahanlarında Səbinə İsayeva 680 bal, İlkin Hüseynzadə 660 bal, Lalə Əhmədova isə 655 bal toplayaraq ali məktəblərə daxil olmuşlar. Builki məzunlardan məktəbi qızıl medalla bitirmiş Mətanət Məmmədli (695 bal), Məryəm Hüseynova (685 bal), Aydın Həsənli (690 bal), Qüdrət Həsənli (675), və Səbinə İsayeva (680) qəbul imtahanlarında göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüşlər.

Məktəb 2011-2012-ci tədris ilinə böyük ruh yüksəkliyi ilə başlayıb. Əldə olunan nailiyyətləri artırmağı qarşısına məqsəd qoyan məktəb rəhbərliyi ilə pedaqoji kollektiv yeni uğurlar qazanmaq üçün imkanlarını səfərbər edirlər.

* Məktəbin məzunlarından 28 nəfəri dünyanın nüfuzlu ali məktəblərində təhsil alır.
* Məktəbin məzunlarından 5 nəfəri Prezident təqaüdçüsüdür.
* Məktəbin şagirdi Məmmədli Mətanət məktəbi qızıl medalla bitirərək 695 balla ATU-ya qəbul olunmuşdur.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0