Məktəbə təşrif buyurmuş Gürcü qonaqları

20 Mart 2012

14.03.2012 tarixində Akademik Zərifə Əliyeva adına məktəbə Gürcüstandan məktəb şagirdləri qonaq olaraq gəldilər. Bir neçə günlük gəlib, məktəbimizdə bəzi şagirdlərin evində qonaq olan 6 gürcü şagirdi Bakıda olduqları bu qısa müddət ərzində məktəbimizdə olan bir çox tədbirləri izlədilər və mahnı yarışmasında, bilik yarışında iştirak etdilər. Bir neçə günlük paytaxtımızda və eləcə də məktəbimizdə qonaq olan gürcü şagirdləri eyni zamanda paytaxtımızın gəzib-görməli yerlərində, tarix müzeylərində oldular. Məktəbimizin bir neçə şagirdləri öz qonaqpərvərliklərini göstərib yorulmadan, günü-gündən dəyişib inkişaf edən Bakımız haqqında gürcü şagirdlərinə rus və ingilis dillərində məlumat verirdilər. Təşrif buyurmuş qonaqlar isə heyranlıqla izləyir və əylənirdilər.

Sonda gürcülər mart ayının 18-ində böyük bir məmnunluqla öz vətənlərinə döndülər.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0