Məzunlarla görüş

23 Yanvar 2015

23 yanvar 2015-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə həmin liseyin yüksək nəticə göstərmiş məzunları ilə hal- hazırda liseydə təhsil alan XI sinif şagirdləri arasında ənənəvi görüş baş tutdu. Görüşün məqsədi bu il məzun olacaq şagirdlərə dəstəkverici mühitin yaradılması və  onların  tələbə adını qazanmış keçmiş şagirdlərin təcrübələrindən bəhrələnə bilmələri idi. Çəkdikləri çətinliklərin sonunda onları gözləyən işıqlı universitet mühiti haqqında öz keçmiş həmkarlarının dilindən eşitmək onlarda ruh yüksəkliyi yaratdı. Məzunlar XI sinifləri maraqlandıran sualları ətraflı şəkildə cavablandırdılar. Bu görüş hər iki tərəfin yaddaşında unudulmaz xoş təəssüratlar buraxdı.
 

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0