Məzunlarımızla görüş

08 Fevral 2012

Hər bir məktəbin ucalığı, adının yüksəkliyi həmin məktəbi bitirən məzunların sayəsində ərsəyə gəlir. Əlbəttə, əgər onlar istədikləri universitetə çox yüksək nəticələrlə daxil olsalar...

Akademik Zərifə Əliyeva adına məktəb çox az bir zamandırki fəaliyyətə başlayıb,amma buna baxmayaraq, 3 illik fəaliyyətinin nəticəsi çox yüksəkdir. Məktəb fəaliyyətə başlayandan artıq iki ildir ki, bu məktəbi bitirən məzunların əksəriyyəti yüksək balla istədikləri universitetlərə daxil olmuşlar. Məktəbimiz bu məzunları heç vaxt unutmur və hətta keçən il olduğu kimi bu il də onların hər biri məktəbə dəvət olundular.

Məzunlarla görüş 07.02.12 tarixində baş tutdu. Onların hər biri sevincli görünürdü, amma məktəb üçün, müəllimləri üçün darıxdıqları da bəlli idi. Həmin gün onlar üçün maraqlı bir tədbir təşkil olunmuşdu, məktəbin XI sinif şagirdlərinin gözəl çıxışları ilə baş tutan tədbirdə məzunlarla yanaşı müəllimlər və məktəb müdiriyyəti də iştirak edirdi.

Maraqlı keçən tədbirin sonunda bir neçə məzun çıxış edərək məktəbin bütün işçi heyyətinə və eləcə də müəllimlərə dərin təşəkkür və minnatdarlıqlarını bildirdilər.