Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir

18 Mart 2012

Akademik Zərifə Əliyeva adına məktəb hər zaman öz tədbirləri ilə fərqlənmiş və dərsdənkənar fəaliyyətlə də hər zaman I olmağı əldə edə bilmişdir.

Hər bir əlamətdar gündə olduğu kimi, bu dəfə də məktəbin tədbir təşkilatçıları şagirdlərin, müəllimlərin, məktəb müdiriyyətinin və eləcə də gürcü qonaqlarının zövqünü oxşayaraq gözəl və möhtəşəm bir tədbir təşkil etdilər. Bəzi şagirdlərimiz 16.03.12 tarixində Novruz bayramına həsr olunmuş bu tədbirdə milli geyimdə, milli rəqslərlə səhnəciklər nümayiş edərək milli adət-ənənələrimizi gözəl şəkildə nümayiş etdirdilər. Bütün şagird və müəllim kollektivinin, məktəb müdiriyyətinin və eyni zamanda gürcü qonaqlarının da çox böyük bir maraqla izlədiyi Novruz şənliyi yüksək səviyyədə təşkil olunmuş və tədbir salonu milli adətlərimizə uyğun olaraq bəzədilmişdir. İştirakçıların maraqlı və gülməli çıxışlarından sonra gürcü şagidləri də öz milli rəqslərini ifa etdilər. Sonda onlar bu gözəl tədbirdən zövq aldıqlarını və məmnun qaldıqlarını bildirdilər.

Təbirin sonunda isə şagirdlər üçün xüsusi təşkil olunmuş maraqlı bir diskoteka oldu.