Qəhrəmanlar diyarı Qubadlı qəhrəman ordumuz tərəfindən geri qaytarıldı.

27 Oktyabr 2020

Əhalisi 5604 nəfər olan, Bakıdan 403 kilometr cənubi-qərbdə, Qarabağ yaylasının cənub-şərqində, Bazarçayın sahilində yerləşən Qubadlı şəhəri 31 avqust 1993-cü ildə Erməni quldurları tərəfindən işğal olunmuşdur.       

        Qubadlı rayonunun ərazisindən iki böyük dağ çayı keçir. Həkəri-Bərgüşad. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən, Bərgüşad çayı isə Ərikli dağlarından başlayır. Bu çayalar rayonun Qaralar kəndinin yaxınlığında birləşir və Araza tökülür.

      Rayonun ərazisində qədim insanın yaşadığı onlarla mağara və qalalar mövcuddur.

         Qubadlı rayonu ərazisində üç qədim körpü var. Bunlardan ikisi (Laləzar və Hacı Bədəl körpüsü) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfındən qeydə alınıb. Qubadlı ərazisində ən qədim körpü isə Qarakişilər kəndində “Sınıq körpü” dür.

        Qubadlı şəhəri 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.Azərbaycanın müzəffər ordusuna eşq olsun!