Rektor Elmar Qasımov: "Akademik Zərifə Əliyeva adına liseyin məzunları BANM-ın ən yaxşı tələbələridirlər".

22 Aprel 2016

Bakı Ali Neft Məktəbi və Akademik Zərifə Əliyeva adına lisey arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Rektor Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycanın görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva kimi elm xadimin adını daşımasının böyük məsuliyyət olduğunu və bu liseyin hazırda bu şərəfli adı doğrultduğunu vurğulayıb. Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva BANM-in rəhbərliyinə təşəkkür edərək ikitərəfli əməkdaşlığın genişlənməsindən, bununla liseyin şagirdləri və gələcək məzunları üçün daha geniş imkan yaranmasından şad olduğunu bildirib.  

Xəbərə aid istinadlar:   

http://news.day.az/society/773100.html

http://azedupress.com/?p=2207