Rekviem

08 May 2011

08.05.2011-ci il tarixdə akademik Zərifə Əliyeva adına məktəbdə faşizm üzərində qələbəyə həsr olunmuş tədbir keçirildi. Hərbi korrespondentlərin çəkdikləri sənədli filmləri əks etdirən slaydlar, Böyük Vətən müharibəsinə həsr olunmuş mahnılar və nəhayət, Robert Rojdestvenskinin “Rekviem” əsərindən 10 və 11-ci sinif şagirdləri tərəfindən ifası dəfələrlə tamaşaçıların təsirlənməsinə, gözlərinin yaşarmasına səbəb oldu. Tədbirin maraqlı hissəsi hadisələrin müasir zamanda – Qarabağ problemi ilə əlaqələndirilməsi idi. Şagirdlər böyük iftixar hissi ilə güclü Azərbaycan ordusunu əks etdirən kadrlara, slaydlara baxırdılar. Tədbirdə Böyük Vətən müharibəsi veteranı, təyyarəçi –bombardmançı mayor Nəbiyev Daməd və piyadaçı baş leytenant Məmmədov Bəkir iştirak edirdi. Tədbir “Qələbə günü” mahnısının ifası ilə başa çatdı.