Respublika Fənn Olimpiadalarından şagirdlərimiz 10 medal qazanıblar

10 İyun 2024

Respublika Fənn Olimpiadalarının qaliblərinin adları açıqlanıb

Belə ki, şagirdlərimiz Coğrafiya fənni üzrə 1 qızıl medal, Fizika fənni üzrə 2 gümüş medal, İnformatika fənni üzrə 1 qızıl, 1 gümüş, 3 bürünc medal, Kimya fənni üzrə 1 gümüş medal, Riyaziyyat fənni üzrə 1 gümüş medal olmaqla ümumilikdə 10 medal əldə ediblər.

Qalib şagirdlərimizi ürəkdən təbrik edirik.
Qeyd edək ki, qalib şagirdlərimizdən 3-ü Beynəlxalq İnformatika olimpiadalarında, 1-i Beynəlxalq Fizika olimpiadasında, 1-i isə Beynəlxalq Astronomiya olimpiadasında iştirak etmək üçün Azərbaycan komandalarına üzv seçiliblər.

 


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0