Risk qrupuna daxil olan şagirdlərin valideynləri ilə görüş

29 Aprel 2021

Risk qrupuna daxil olan şagirdlərin valideynləri  ilə fərdi (ehtiyac duyulduqda ailəvi) şəkildə  karantin rejiminin qaydalarına riayət olunaraq onlayn formatda görüşlər keçirilmişdir.  Görüşlərdə “Uşağa zərər vermədən necə təsir göstərmək olar?”, “Uşaq tərəfindən nümayiş etdirilən inciklik və ya aqressyya ilə nə etməli?”, “Emosional təziq və laqeydlik arasındakı sərhəddi necə müəyyən etməli?”  mövzusunda  söhbətlər aparılmışdır.