Şagirdimiz Braziliyanın Natal şəhərində təşkil olunacaq 4 həftəlik təlim proqramında

05 Aprel 2022

      Liseyimizin 10 r1 sinif şagirdi Cəfərova Ayan Amerikanın AFS Intercultural Programs təşkilatı tərəfindən təşkil olunmuş online proqramda iştirak etmişdir. Dünyanın 14-dən çox ölkəsindən gənclərin bir araya gəldiyi proqramda 12 həftə davam edəcəkdir. Proqram iştirakçıları təlimdə interaktiv, praktiki kurikulum vasitəsilə davamlılıq üzrə biliklərini və STEM bacarıqlarını və eyni zamanda problemlərin həlli də daxil olmaqla kritik qlobal səriştələri inkişaf etdirəcəkdir. Virtual mərhələni başa vurmuş şagirdlər dünyanın 5 ölkəsindən birində 4 həftəlik təlimdə iştirak edəcəklər.
     Bundan sonrakı mərhələdə liseyimizin şagirdi Ayan avqust ayında Braziliyanın Natal şəhərində təşkil olunacaq 4 həftəlik təlim proqramında iştirak edəcək. Şagirdimizi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0