Şagirdlərimiz Beynəlxalq İTUMUN konfransında iştirak ediblər

03 Fevral 2023

27-30 yanvar 2023-cü il tarixində liseyimizin 4 şagirddən ibarət komandası Türkiyənin İstanbul şəhərində İstanbul Teknik Universitetinin dəstəyi ilə müxtəlif ölkələrdən olan 300-dən çox şagirdin iştirak etdiyi yuxarı sinif şagirdləri üçün keçirilən illik beynəlxalq İTUMUN konfransında iştirak  ediblər. Burada beynəlxalq siyasi gündəmdə olan əsas məsələlərin müzakirəsi aparılır. "The ModelUN" şagirdlərin gələcəkdə istifadə edəcəkləri bilik və yüksək bacarıq səviyyəsinin əldə olunmasının, əlaqə yaratmaq, digər mədəniyyətlərə, siyasi baxışlara hörmətlə yanaşmaqla qloballaşmış dünya ilə bağlantı qurmağı aşılayan tam tədris təcrübəsidir. Həmçinin şagirdlərdə UN konfransı ərzində liderlik, 
tədqiqatçılıq, yazı, ictimai natiqlik və problemin həlli təcrübəsi kimi keyfiyyətlər inkişaf etdirilir.

Şagirdlərimiz müxtəlif komitetlərdə müxtəlif ölkələri təmsil edərək debatlarda, müzakirələrdə, qarşıya qoyulan problemlərin həlli yollarının araşdırılmasında 
çox fəal iştirak edərək uğurlu çixişlar ediblər.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0