“Sağlam həyat” aksiyası davam edir

28 Aprel 2011

28.04.2011-ci il tarixində səhər məktəbimizin müəllim və şagird kollektivi Fəxri Xiyabana gedərək, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsini yad etdi. Sonra isə məktəbdə böyük bir tədbir keçirildi. Tədbirin fəxri qonağı tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, İctimai kanalda yayımlanan «ESCULAP» verilişinin aparıcısı Rafiq Təhməzov idi. Rafiq müəllim öz çıxışında Zərifə xanımın göz xəstəliklərinin müalicəsində danılmaz rolunu qeyd etdi, okopunktura və “Muğam diaqnostika”sı haqqında maraqlı məlumatlar verdi.

Saat 11:30-da aksiyaya dəvət olunan ətraf binaların sakinləri məktəbin həyətində toplaşmağa başladı. Məktəbin müəllimləri Vəliyeva Mehriban və Rizayev Rüfət oftalmologiya sahəsində dünya miqyasında böyük xidmətləri olan, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyeva haqqında məlumat verdilər. Həmin gun “Sağlam həyat” adı altında keçirilən xeyriyyəçilik aksiyasında məktəbin daxili imkanları hesabına pulsuz dərmanlar paylandı. Lakin aksiya bununla bitmədi. Şagirdlərimiz fiziki sağlamlığı aksiyada iştirak etməyə imkan verməyən sakinlərin evinə gedərək, dərmanları onlara yerindəcə təqdim etdilər.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0