S.Vurğunun anadan olmasının 105-ci ildönümünə həsr olunmuş tədbir

14 Mart 2011

14.03.2011-ci il tarixdə akademik Zərifə Əliyeva adına məktəbdə S.Vurğunun anadan olmasının 105-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Bu ədəbi-bədii kompozisiya şairin həyatının (bu və ya digər) müxtəlif mərhələlərini əks etdirən slaydlarla müşayiət olunurdu.

Tamaşaçılar şairin anadan olduğu Qazax rayonunda və Azərbaycanın digər dilbər güşələrində “oldular”. 10 və 11-ci sinif şagirdlərinin ifasında şairin şeirləri Azərbaycan və rus dillərində səsləndirildi. S.Vurğunun dram əsərindən bəzi səhnələr tamaşaçıların diqqətinə çatdırıldı. Şagirdlər məharətlə İbrahim xan, Qacar xan, Vidadi və Vaqif rollarını ifa etdilər. Milli geyimlər, xalq musiqiləri, şərq rəqsləri, dekorasiya-bütün bunlar tamaşaçıları keçmişə, həmin dövrlərə qayıtmaq, öz xalqına və gözəl vətəninə görə iftixar hissi keçirmək hisslərini yaşamağa kömək etdi.

Tədbir S.Vurğunun “Azərbaycan” şerinə bəstələnmiş mahnının birlikdə ifası ilə başa çatdı.

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0