Sönməyib işığı, yol gəlir hələ

30 Aprel 2012

Akademik Zərifə xanım Əliyevanın adını əbədiləşdirən liseyimizdə 28 aprel tarixində görkəmli oftalmoloq, vəfalı ömür-gün yoldaşı Zərifə xanımın xatirəsinə həsr edilmiş “Sönməyib işığı, yol gəlir hələ” adlı tədbir keçirildi.

Tədbirdə şagirdlərin iştirakı ilə görkəmli oftalmoloqun fədakar qadın, qayğıkeş ana, şəfqətli insan kimi nurlu həyatı bir daha ehtiramla yada salındı.

Zərifə xanım xeyirxahlıq timsalı idi və onun adını daşıyan liseyin şagirdləri bu şərəfli ada ləyaqətlə xidmət edəcəklərinə and içdilər.

Bu yolda atılan ilk addım isə Əlibəbir adlı bir körpənin himayəyə götürülməsi və xeyriyyə aksiyasının keçirilməsi oldu.

Liseyin Uşaq Birliyi Təşkilatının rəhbəri Həcər xanımın təklifi ilə balaca Əlibəbirin əməliyyatı üçün nəzərdə tutulan məbləği toplamaq üçün liseydə yarmarka keçirildi. Məktəb rəhbərliyinin təşkilatçılığı ilə hazırlanan yarmarkada şagirdlər öz əl işlərini, rəsm əsərlərini, şəxsi əşyalarını satışa çıxararaq 4 yaşlı Əlibəbirə kömək əlini uzatmış və görkəmli şəxsiyyətin yolunu ləyaqətlə davam etdirdiklərini bir daha sübut etdilər.