“Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

09 Aprel 2016

“Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, təşkilatçılar, rayon təhsil şöbələrinin rəhbərləri, məktəb direktorları və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd təbiət fənləri üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqlarının və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdir.  
Müsabiqəyə yalnız avadanlıqla təmin olunmuş 50 məktəbin təlimdən keçmiş müəllimləri qoşulub.
Müsabiqə “Ən yaxşı müəllim” və “Ən yaxşı təlimçi” olmaqla, iki nominasiya üzrə keçirilib. Müsabiqəyə 80-dən artıq resurs təqdim edilib. İşlər ekspertlər tərəfindən qiymətləndirilib, seçilmiş 21 nominant münsiflər qarşısında təqdimatla çıxış edib və qaliblər müəyyənləşdirilib.
Qaliblər sırasında kimya fənni üzrə I yerə Akademik Zərifə Əliyeva adına liseyin müəllimi Qarayev Məharət layiq görülmüşdür.

http://edu.gov.az/az/page/9/12289

http://www.myvideo.az/?act=dvr&chan=aztv&seekTime=08-04-2016+09%3A05

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0