UEFA U-17 Avropa Çempionatının təbliğat turu keçirildi

15 Aprel 2016

 UEFA  U-17 Avropa Çempionatı Azərbaycan-2016-nın təbliğatı məqsədilə turnirin Yerli Təşkilat Komitəsinin əməkdaşları Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində yerləşən məktəblərdə görüşlər keçirir. Aprel ayının 15-i U-17 yığmamızın üzvü Elçin Əsədov və U-21 qızlar yığmamızın futbolçusu Əminə Heydərova liseyimizin şagirdləri ilə görüşüb, UEFA  U-17 Avropa Çempionatı Azərbaycan-2016 barədə məlumat veriblər.