X sinif şagirdimiz Beynəlxalq İnformatika məktəbi "Junior" yarışmasında III olub

18 İyul 2022

01-07 iyul 2022-ci il tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbədə dünyanın hər yerindən olan orta məktəb şagirdləri arasında yeniyetmələrin hazırlanması və tətbiqi informatika sahəsinə müvafiq maraqların formalaşdırılması üçün Beynəlxalq İnformatika Məktəbi “Junior” (ISIJunior) keçirilmişdir. 

Liseyimizin X sinif şagirdi Hüseynağa Quliyev bu yarışın Marafon turunda iştirak edərək bürünc medal əldə etmişdir.

Qeyd edəkki, ISIJ Olimpiadası dörd turdan ibarətdir:

- riyaziyyat turu (riyaziyyat turu)

- kodlayıcı tur (koder-tur)

- marafon turu (marafon-tur)

- estafet yarışı.

Bundan əlavə şagirdimiz Hüseynağa Quliyev 7 və 8 iyul tarixlərində komanda yoldaşları ilə həmin yarışın "Robot turunda"  iştirak edib və "Kreativ komanda" adına layiq görülüblər.

Şagirdimizi təbrik edir, ona bol-bol uğurlar arzulayırıq.


 


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0