"Xocalı Soyqırımı" na həsr olunmuş tədbir

25 Fevral 2014

      25 fevral 2014-cü il tarixində liseyin 9a2 sinif şagirdləri, liseyin tarix müəllimi Aytən xanımın rəhbərliyi ilə Yasamal rayonu Heydər Əliyev mərkəzində Xocalı Soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak etmiş və müzakirə xarakterli dərs keçmişdilər. Dərsdə Xocalı soyqırımının baş vermə səbəbləri statistik rəqəmlər müzakirə edilmiş və bir daha erməni faşistləri tərəfindən Azərbaycan xalqının başına gətirilmiş bu soyqırım lənətlənmişdir. Tarixi torpaqlarımız olan Qarabağın, qədim mədəniyyət mərkəzi olan Xocalının Ermənilər tərəfindən işğalı dinc əhaliyə divan tutulması və yerli əhalinin əsir götürülməsi şagirdlər tərəfindən ikra hissi ilə qarşılanmışdır. Müzakirə zamanı şagirdlərdən bəziləri göz yaşlarına boğulmuşdular. Müzakirəyə sonda işğal edilmiş Qarabağ torpaqlarının qaytarılması inam hissi ilə yekun vurulmuşdu.  

Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0