“Yaşıllaşdırma və iməcilik” aksiyası

22 Aprel 2014

     22.04.2014-cü il tarixdə Akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin iştirakı ilə “Yaşıllaşdırma və iməcilik” aksiyası keçirilib. Aksiya zamanı məktəbyanı ərazinin təmizlənməsi və yaşıllaşdırılması, lisey həyətində gül kollarının əkilməsi və gül diblərinə qulluq, eləcə də sinif otaqlarının təmizlənməsi işləri həyata keçirilib.