Yol hərəkəti nişanları həyatımızın sığortasıdır

03 Noyabr 2020

                “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə  şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması sahəsində aparılacaq işlərə start verilmişdir.

        Liseyin 9 r2 sinfinin texnologiya dərsində şagirdlər tərəfindən yol hərəkəti qaydalarını tənzimləyən Microbit vasitəsilə hazırlanmış  işıqfor, yol nişanları və yolun TinkerCAD-da 3D modelləri nümayiş etdirilmiş, onların insan həyatındakı rolu  barədə təqdimatlar dinlənilmişdir.   Şagirdlər tərəfindən yol hərəkəti qaydaları ilə bağlı sorğu vərəqləri hazırlanmış və  əhali arasında bu sorğunun keçirilməsi üçün hazırlıqlar aparılmışdır.

         Mövcud vəziyyətdə xüsusi karantin rejimi ilə  bağlı sorğunun keçirilməsi müəyyən müddətə təxirə salınmışdır.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0