Çingiz Abdullayevlə görüş

19 Dekabr 2014

        Akademik Zərifə Əliyeva adına lisey yaradıcı və istedadlı şagirdlərini üzə çıxarmaq, onları mütaliəyə cəlb etmək, müstəqil öyrənmək və informasiya ilə işləmək bacarığını formalaşdırmaq məqsədilə  “Ən yaxşı oxucu mənəm” müsabiqəsinə start verdi. Bu müsabiqə çərçivəsində görkəmli şair və yazıçılarla görüşlər silsiləsi də nəzərdə tutulub.
      19 dekabr 2014-cü ildə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda  detektiv romanlar müəllifi kimi tanınan yazıçı,  publisist, Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayevlə ilk görüş keçirildi.  Görüş Çingiz Abdullayev yaradıcılığına səyahət formasında yazıçı və oxucu polemikası çərçivəsində qurulmuşdur. 
     Şagirdlərin müstəqil düşüncə tərzi, əsərlərə özünəməxsus münasibətləri, maraq dairələri Çingiz Abdullayevdə xoş təəssürat yaratdı. Məktəbimizin gənc yazarı 10-cu sinif şagirdi Əhmədov Orxanın “Yolda” əsərini Çingiz Abdullayevə təqdim etməsi də böyük maraq doğurdu. İki saat davam edən görüşdən həm şagirdlər, həm   də Çingiz Abdullayev məmnun qaldı. 

 

 


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php56/var/lib/php/session) in Unknown on line 0