“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasına yola düşüblər

17 Mart 2016

 Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsinə start verilib. Martın 17-də respublikamızın müxtəlif rayon və şəhərlərindən 180 şagird Naxçıvana yola düşmək üçün Bakıya, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliblər.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına liseyin də iki şagirdi , Atakişiyev Əbdürəhman və İsmayıllı Aysel də bu siyahıda yer alıb.