“Ümid Sizədir!” adlı Hərbi yarış

19 May 2012

Hər il may ayında olduğu kimi, bu il də mayın 18-də akademik Zərifə Əliyeva adına liseyin X sinifləri arasında hərbi idman yarışları keçirildi. Bu cür yarışların təşkil edilməsində əsas məqsəd gənclərimizə hərbi vətənpərvərlik ruhunu təbliğ etmək, onlarda vətənə, torpağa sevgi ideologiyasını formalaşdırmaqdır.

Builki yarış hər il olduğu kimi, lideydə Gənclərin Çağırışaqədərki Hazırlığı fənnini tədris edən Qilman Eyvazovun rəhbərliyi altında keçdi. Üç mərhələdən ibarət olan yarışda liseyin 10 r1 və 10 r2 sinifləri finala çıxaraq birinci yer uğrunda mübarizəyə başladılar.

Sonuncu və həlledici görüşdə hər iki sinfin göstərdiyi nəticələr münsiflər heyəti tərəfindən qiymətləndirildi. Yığılan toplam ballar bərabər olduğundan oyun heç-heçə nəticələndi. Qələbə kuboku hər iki komandanın kapitanlarına təqdim olundu. Sonda qalib komandalarla xatirə şəkli çəkdirildi.

Qalibləri qazandıqları qələbə münasibəti ilə təbrik edir və “Ümid Sizədir!” deyirik.