Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir

12 Dekabr 2011

Bu gün 12 dekabr 2011-ci il tarixində Akademik Zərifə Əliyeva adına məktəbdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbir məktəbimizin xatirə zalında şagirdlərin, müəllim kollektivinin və məktəb müdriyyətinin iştiraki ilə keçirilmişdir.

Şagirdlər Ulu Öndər Heydər Əliyev haqqında çox maraqlı təqdimatlar hazırlayıb çıxış etdilər. Onlar vüqarla, qətiyyətlə çıxış edirdilə, çünki bu danılmazdır ki, biz Heydər Əliyevin sayəsində müstəqil, inkişaf etmiş ölkədə yaşayır nə gələcəyə layiq şəxsiyyətlər yetişdirən müasir məktəbdə təhsil alırıq.

Hal-hazırda hər birimiz fəxr edirik ki, ömür boyu onun dayagı, həyat yoldaşı Zərifə xanım Əliyevanın adını daşıyan məktəbdə yüksək savadlı müəllimlərdən təhsil alırıq!